Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən alınan 300 ədəd yeni avtobusun bu ilin iyun ayından etibarən Bakıya gətirilməsinə başlanılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
O bildirib ki, tezliklə Bakıətrafı qəsəbələr və kəndlər üzrə hərəkət edən avtobuslar yeniləri ilə əvəz olunacaq, sərnişin daşınması üçün yararsız olan bütün avtobuslar xətdən çıxarılacaq.
M.Ağayevin sözlərinə görə, artıq BNA tərəfindən 300 ədəd müasir, komfortlu avtobus alınıb və iyun ayından etibarən paytaxta gətiriləcək. Bu avtobuslar sərnişinlərin daha çox narazı olduğu marşrut xətlərinə veriləcək. Agentlik tərəfindən qoyulan tələblərin əməl edilmədiyi marşrut xətlərində əvəzlənmələr aparılacaq.Azərtac
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































