30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
11 Sentyabr 13:33
"Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" qərara dəyişiklik edilib.
Dəyişikliyə görə, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən, 2019-cu il martın 1-dən sözügedən şəxslərin əmək haqları aşağıdakı məbləğlərdə müəyyən edilib.(axar.az)