"Azəriqaz" İstehsalat Birliyi abonentlərə xəbərdarlıq edib.
Qurumdan Mediainfo.az-a verilən məlumata görə, son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında özünü "Azəriqaz" əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış Smart-kart tipli qaz sayğaclarının batareyasının dəyişdirilməsi və ya smart kartların "vaxtının keçməsi" kimi məsələləri bildirərək həmin "problemlərin" aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edirlər.
"Azəriqaz" İstehsalat Birliyi istehlakçıların nəzərinə çatdırır ki, Bakı şəhərində abonentlərə göstərilən bütün xidmətlər yalnız "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzlərində həyata keçirildiyindən "Azəriqaz" İB-nin əməkdaşları öz xidməti vəsiqələrini göstərdikdən sonra ödənişsiz olaraq yalnız mənzillərdə yerləşən sayğaclara profilaktik baxış keçirə bilərlər:
"Sonda bir daha bildiririk ki, qeyd olunan hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































