Milli Məclisin bu gün keçirilən növbəti iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikliklə edilməsi barədə sənəd müzakirə edilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, sənəd haqqında məlumat verən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki,
qanun layihəsi Prezident İlham Əliyev tərəfindən parlamentə daxil olub.
O bildiirb ki, qanun layihəsi cəmiyyət tərəfindən yüksək dəyərləndirilir və onun qəbul edilməsi vətəndaşların sosial rifahına xidmət edir.
Layihəyə əsasən, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.
Müzakirələrdə çıxış edənləri dəyişiklikləri yüksək dəyərləndiriblər. Beləliklə pensiyasının minimum məbləğinin 116 manatdan 160 manata qaldırılmasını nəzərdə tutan sənəd səsə qoyularaq qəbul edilib
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































