Aral dənizi meşə zolağına çevriləcək

Aral dənizi meşə zolağına çevriləcək

Özbəkistan hökuməti Aral dənizinin quruyan hissələrində meşə zolağı salmaq barədə qərar qəbul edib.

Mediainfo.az-ın Ferghane nevvs-ə istinadən verdiyi xəbərə görə, bu məqsədlə dövlət büdcəsindən 100 milyard sum ayrılıb. 500 min hektar ərazidə meşə zolağının salınmasına səbəb quruyan ərazilərdən küləklə ətrafa yayılan duz yağışının qabağını almaq, əkinə yararlı torpaqların sıradan çıxmasının qarşısını kəsmək və insanları müxtəlif xəstəliklərdən qorumaqdır. Qeyd edək ki, Aral dənizinin bir hissəsinin quruması nəticəsində küləklə onlarla kilometr ətraf ərazilərə yayılan duz yağışı 50 min hektar əkinə yararlı torpağın sıradan çıxmasına və əhali arasında müxtəlif xəstəliklərin yayılmasına səbəb olub.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az