Tiflis Rusiya qazına möhtacdır

Tiflis Rusiya qazına möhtacdır

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya ölkəsinin Rusiyadan qaz alacağını istisna etmir.

O, parlament komitəsinin iclasında "Qazprom"la yeni saziş üzrə danışıqların davam etdirildiyini bildirib.

Nazir qeyd edib ki, qaz tədarükünün diversifikasiyası və optimallaşdırılması vacib təşəbbüsdür.

"Biz elə bir imkan yaratmaq istəyirik ki, qaz tədarükçüsü bir yox, birdən çox olsun. Şərtlərin yaxşılaşdırılması ilə bağlı danışıqlar aparırıq. Bu, çətin danışıqlardır və vaxt lazımdır", - deyə o vurğulayıb.

Kobuliya nəticənin artıq bu ilin sonunadək əldə olunacağını istisna etməyib.

Qeyd edək ki, hazırda Gürcüstana təbii qaz, habelə neft və neft məhsullarının əsas tədarükçüsü Azərbaycanın SOCAR şirkətidir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az