Prezident cənab İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən "İşsizin DOSTu" proqramına son günlər daha 2 minədək şəxs cəlb edilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) "DOST İş Mərkəzi" tərəfindən rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər "İşsizin DOSTu" proqramına cəlb edilirlər. Cari ilin əvvəlindən reallaşan proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub ki, onlardan artıq 25 min şəxs belə işlərlə təmin edilib.
Proqram çərçivəsində ictimai faydalı xarakter daşıyan ödənişli ictimai işlərlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































