Cari ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 1032 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, həmin insanlardan 125 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar olub.
Ötən ay əlilliyi olan şəxslərə ehtiyaclarına uyğun olaraq 86 aşağı və yuxarı ətraf, habelə döş protezi, 61 yuxarı və aşağı ətraf ortezi, 666 müxtəlif reabilitasiya vasitəsi, 722 cüt ortopedik və protez ayaqqabı, 94 dördayaqlı dayaq vasitəsi, 65 cüt qoltuqaltı ağac, 149 cüt dirsəkaltı ağac və s. verilib.
Yanvar ayında 87 nəfər əlilliyi olan şəxs isə əlil arabaları ilə təmin edilib. Ümumilikdə ötən ay əlilliyi olan şəxslər Mərkəzin xətti ilə 2659 reabilitasiya vasitəsi ilə təmin olunublar, 83 nəfərə Mərkəzin stasionar bölməsində reabilitasiya xidmətləri göstərilib.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































