Müasir dünyamızda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı və onların gündəlik həyatımıza getdikcə daha çox nüfuzu istehsalatda bu sahə üzrə mütəxəssislərə tələbatı da artırır.
Hazırda Avstriya iqtisadiyyatında İKT üzrə 10 min yüksək peşəkarlığa malik mütəxəssisə ehtiyac var. Bu barədə məlumatı Avstriya İqtisadiyyat Palatasının əməkdaşı Alfred Harl "2019-cu il üzrə İKT status hesabatı"nı təqdim edərkən bildirib. Son illərdə İKT mütəxəssislərinə tələbatın, xüsusilə, sənaye müəssisələrində artdığını vurğulayan iqtisadçı ölkənin ali təhsil müəssisələrinə informatika sahəsinə aid ixtisaslar üzrə daha çox tələbələrin qəbul olunmasının vacibliyini qeyd edib. O, Avstriyanın yaxın gələcəkdə "digiNation" (rəqəmsal millət) ola bilməsi üçün hökumətdən İKT sahəsinə xüsusi diqqət ayırmağı tələb edib, həm ölkənin yerli iqtisadiyyatı, həm də xaricdə işləmək üçün peşəkar mütəxəssislərin yetişdirilməli olduğunu vurğulayıb.
Hazırda Avstriya universitet və texnikumlarında ümumilikdə 2 min tələbə İKT ixtisasları üzrə təhsil alırlar. A.Harl bu rəqəmin beş minə çatdırılması və həmçinin qadınların İKT sahəsinə marağının artırılması üçün xüsusi proqramların həyata keçirilməsini vacib hesab edib.
Qeyd edək ki, Avstriyada yüksək peşəkarlıq tələb edilən sahələr üzrə mütəxəssis çatışmazlığı hökm sürsə də, ölkənin miqrasiya qanunları bu ölkəyə yerləşmək istəyən peşəkar kadrların önünü kəsir. Olduqca çoxlu sayda maneələrdən ibarət sərt qaydaları nəzərə alan peşəkarlar Avstriyadansa, daha yüksək əməkhaqqı və sadə miqrasiya qanunları olan ölkələrə üstünlük verirlər. Məhz buna görə də İqtisadiyyat Palatası ali təhsil müəssisələrində tələbə sayının artırılması ilə kadr çatışmazlığı probleminin qarşısının alınacağına ümid edir. Azərtac
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































