Ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət prosedurunun sadələşdirilməsi, aztəminatlı ailələrin sosial yardım proqramına daha rahat və asan müraciət imkanlarına şərait yaradılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ardıcıl addımlar atılır.
Mediainfo.az-ın ƏƏCMN-ə istinadən verdiyi xəbərə görə, torpağa mülkiyyət hüququna dair çıxarışı olmayan şəxslər də bu gündən etibarən ünvanlı dövlət sosial yardımın (ÜDSY) alınması üçün müraciət edə bilərlər. ÜDSY üçün müraciət zamanı elektron sistem Dövlət Aktı üzrə sığortaedənin uçot nömrəsinə (SUN) dair informasiya sistemindən avtomatik olaraq torpağın mülkiyyətçisi və payçıları haqqında məlumatı əldə edəcək.
Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət prosedurunun sadələşdirilməsi işləri qarşıdakı dövrdə də davam etdiriləcək.
Qeyd edək ki, indiyədək torpağa dair çıxarışı olmadığına görə, xüsusən regionlarda ayrı-ayrı aztəminatlı ailələr ÜDSY üçün müraciət edə bilmir və nəticədə sosial yardım proqramından kənarda qalırdılar.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































