Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Koreyanın İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən Bilik Mübadiləsi Proqramı (Knowledge Sharing Program) çərçivəsində Koreya İnkişaf İnstitutunun nümayəndə heyəti ilə görüş olub.
Mediainfo.az-ın veriyi xəbərə görə, görüşdə nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov ölkəmizin əmək bazarında mövcud vəziyyəti barədə məlumat verib. O, əmək bazarının tənzimlənməsi, təhlili və proqnozlaşdırılması, peşə standartlarının hazırlanması, qeyri-formal məşğulluqla mübarizə sahəsində nazirlik tərəfindən aparılan işləri diqqətə çatdırıb. Koreya İnkişaf İnstitutunun nümayəndəsi Yoonjung Kim də öz növbəsində Bilik Mübadiləsi Proqramı, Koreya Respublikasının həmin proqram çərçivəsində digər ölkələrdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri və sosial sahədə tərəfləri maraqlandıran istiqamətlər üzrə 2020-2021-ci illər üzrə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































