Aztəminatlı ailələrə birdəfəlik yardımlar verilib

Aztəminatlı ailələrə birdəfəlik yardımlar verilib

Aztəminatlı ailələrə birdəfəlik yardımların ödənişi artıq təmin olunub

Mediainfo.az-a nazirlikdən verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" 19 dekabr 2018-ci il tarixli Sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (yüz) manat məbləğində birdəfəlik yardımın ödənilməsini artıq təmin edib.

Birdəfəlik yardım həmin ailələrin bank hesablarına köçürülüb. Bu da onların bayram ərəfəsi maddi təminatlarına bir dəstəkdir.

Qeyd olunan Sərəncam ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə birdəfəlik yardım ödənilməsini nəzərdə tutmaqla, dövlət başçısının həmin ailələrə növbəti qayğısıdır. Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az