30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
11 Sentyabr 13:33
Rostov vilayətinin Arbitraj Məhkəməsi "Palmali" gəmiçilik şirkətinin bankrot olduğunu elan edib.
Bu barədə məlumatı RBK agentliyi yayıb. Məhkəmə 15 aprelə qədər şirkət üçün iflas prosesini başladıb.
Qeyd edək ki, Rostovdakı "Palmali" şirkəti Mübariz Mənsimovun şirkətlər qrupuna daxil olub. Bu şirkətin əsas kreditoru "Sberbank" olub. Şirkətin bank qarşısındakı borcu 13 milyard rubl olub.
"Palmali"yə qarşı borc tələbi ilə həmçinin "Alyans" ASC, "Azov-Flot-Servis" şirkəti, "Arsenal" sığorta şirkəti, "YuqBunkerServis-Rostov" yanacaq ticarəti şirkəti də çıxış edib.