"Bu ilin 9 ayında makro iqtisadi göstəricələr artıb. Valyuta ehtiyatımız 45 milyard dollar olub, əhalinin gəlirləri inflyasiyanı üstəliyib".
Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin iclasında deyib.
Spiker bildirib ki, 2019-cu ilin büdcəsi sosial xarakterini qoruyub saxlayacaq:
"Büdcə sənədindən acıq görünür ki, əhalinin sağlamlığına proritet kimi baxılır. Səhiyyə sisteminə ayrılan vəsait cari illə müqayisədə 309 milyon manat, yəni 32 faiz çoxdur. İcbari sığorta üçün 223 milyon manat ayrılıb.
2019-ci ildə təhsil büdcəsi cari illə müqayisədə 11 faiz çoxdur. Bizə təqdim edilən sənədlərdən görünür ki, iqtisadi artım davam edəcək. Ümum daxili məhsulun 2019-cu ildə 3,6 faiz artımı proqnozlaşdırılır".
Oqtay Əsədov əlavə edib ki, 2019-cu ildə köklü islahatların keçirilməsi nəzərdə tutulub:
"Prezidentin təqdimatları Milli Məclisə daxil olub. Yəqin ki, gələn iclaslarda biz bu barədə müzakirələr aparacağıq. Vergilər Məcəlləsinə və digər qanunlara dəyişikliklər nəzərdə tutulur". (ölkə.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır















.jpg)

.jpg)





































