|
Özünüməşğulluq proqramı çərçivəsində artıq 1100-dək kiçik ailə təsərrüfatı yaradılıb |
|
Mediainfo.az-ın verdiyi xəbərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində respublikanın bölgələrində işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsi prosesi davam etdirilir. Son iki gündə müxtəlif rayon və şəhərlərdə daha 200-dən çox şəxs özünüməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin edilib. Onlar əsasən kənd təsərrüfatı sahələri üzrə kiçik ailə təsərrüfatlarını qurublar. Aztəminatlı ailələrin özünüməşğulluq proqramının imkanlarından faydalanmaqla fərdi təsərrüfatlar qurması onların dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına imkan verib. Bu, eyni zamanda, ölkədə qeyri-neft sektorunun inkişafına, məhsul istehsalının artımına da əlavə dəstəkdir. Ümumilikdə cari ildə özünüməşğulluq proqramı çərçivəsində respublikamızın rayon və şəhərlərində artıq 1100-dək kiçik ailə təsərrüfatı yaradılıb. |
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır















.jpg)

.jpg)





































