Beynəlxalq banklararası informasiyaların ötürülməsini və ödənişlərin keçirilməsini həyata keçirən SVİFT ABŞ-ın sanksiyalar siyahısına daxil olan İranın Mərkəzi Bankının və digər təşkilatların öz sistemindən kənarlaşdırması barədə Vaşinqtonu məlumatlandırıb.
Bu barədə ABŞ-ın maliyyə nazirinin müavini Siqal Mandelker bildirib.
O, xəbərdarlıq edib ki, Amerika İslam Respublikasına qarşı öz sanksiyalarını ciddi şəkildə həyata keçirmək niyyətindədir və İrana qarşı təzyiq üçün əlavə tədbirlər görəcək.
ABŞ rəsmisinin sözlərinə görə, xeyli sayda Avropa şirkəti İranı tərk edir. Nazir müavini qeyd edib ki, Avropa İttifaqının (Aİ) İranla xarici ticarə hesablaşmaları üzrə xüsusi mexanizmin yaradılması təşəbbüsü ABŞ-ı narahat etmir. O, hesab edir ki, Aİ və ABŞ birgə işləmək üçün əlavə mexanizmlər yarada bilər.
"İranla bağlı daha çox şeylərin qəbul ediləcəyini görəcəksiniz", - deyə Mandelker əlavə edib.( report)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır















.jpg)

.jpg)





































