Azərbaycanda 2018-ci ildə neft və kondensat hasilatı orta hesabla sutkada 0,80 milyon barrel təşkil edəcək.
Bu proqnoz ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyası üzrə İdarəsinin (EIA) enerji bazarı üzrə noyabr icmalında öz əksini tapıb.
Beləliklə, EIA 2018-ci il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməz saxlayıb.
Həmçinin qeyd olunur ki, 2019-cu ildə hasilat sutkada 0,79 milyon barrelə çatacaq, halbuki bundan əvvəlki hesabatda bu göstərici 0,78 milyon idi.
EIA-nın qiymətləndirməsinə görə, Azərbaycanda 2018-ci ilin dördüncü rübündə neft hasilatının həcmi sutkada 0,79 milyon barrel təşkil edəcək, oktyabr hesabatında isə bu göstərici 0,78 milyon idi.
Qurumun proqnozuna görə, ölkəmizdə 2019-cu ilin ilk iki rübündə neft hasilatının həcmi 0,80 milyon barrel təşkil edəcək: "Üçüncü rübdə hasilat 0,79 milyon barrel səviyyəsində gözlənilir, dördüncü rübdə isə - 0,77 milyon barrel səviyyəsində".( trend)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır















.jpg)

.jpg)





































