Vətəndaşlara pulsuz tinglər paylanılacaq

Vətəndaşlara pulsuz tinglər paylanılacaq

Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə "Hər ailə ağac əksin" devizi altında bayram günlərində vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən pulsuz ağac tingləri paylanılacaq.

Mediainfo.az-ın verdiyi məlumata görə, aksiya 09, 12, 17 noyabr 2018-ci il tarixlərində saat 10:00-dan 12:00-dək Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçiriləcək və müxtəlif cinsli ağac tingləri vətəndaşlara paylanılacaq. Ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair vətəndaşlara ETSN-nin mütəxəssisləri tərəfindən tövsiyyələr veriləcək.

Ağac tingləri Xırdalanda 1 nömrəli məktəbin, Ramanada 316 nömrəli məktəbin həyətlərində, Sarayda Vəli Axundov adına parkda, Hövsanda Hövsan parkında paylanılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları aksiyada fəal iştirak etməyə çağırır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az