Azərbaycanın maliyyə naziri Samir Şərifov hər yeni doğulan uşağa görə müavinətin təyin edilməsi təklifinə müəmmalı münasibət bildirib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Nazır yeni doğulan uşaqlara müavinət verilməsi ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Regional məsələlər, Gənclər və idman, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin noyabrın 7-də keçirilən birgə iclasında büdcə müzakirələri zamanı deyib ki, bu məsələdə Azərbaycanı digər ölkələrlə müqayisə etmək düz deyil. Onun sözlərinə görə hər doğulan uşağa müavinət məsələsində adətən Azərbaycanı bəzi ölkələrlə, o cümlədən Belorus ilə müqayisə edirlər. Samir Şərifov belə bir müqayisənin düz olmadığını qeyd edib. Bununla belə o bu məsələyə baxıla bilməsini mümkün hesab edib.
PS . Samir Şərifovun dediyindən belə çıxıb ki, Azərbaycanda insan çoxluğu, Belarusda və digər yerlərdə isə insan çatışmazlığı var. Amma biz Samir Şərivova xatırlatmaq istəyirik ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir və yeni doğulan hər uşaq düşmənə qarşı bir sipərdir, qaladır. Ona görə də əksinə Azərbaycanda yeni doğulan uşaqlara müavinət verilməlidir ki, bu, ailələri əhali artımına həvəsləndirsin.
Əziz Mustafa
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































