Bu gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncağın gündəliyinə bankın İdarə Heyətinin sədri Elmar Məmmədovun tutduğu vəzifədən azad edilməsi və yeni sədrin təyin edilməsi kimi məsələlər daxildir.
Qeyd edək ki, İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq Xalid Əhədov icra edir. Böyük ehtimalla, X. Əhədov İdarə Heyətinin sədri təyin olunacaq.
"Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və "Bank Respublika" ASC-nin İdarə Heyətinin sədr müavini Aqşin Əmirov ABB-nin rəhbərliyinə gətirilir. Bank sektorundakı mənbəmiz bildirib ki, hər iki şəxs İdarə Heyətinin sədr müavini vəzifəsinə təyinat alacaq. (apa)
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“





























.jpg)

.jpg)






















