Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarına əsasən "Arzu Kredit İttifaqı", "Azəriinvest Kredit İttifaqı", "Cənub Kredit İttifaqı", "Ceyhun Kredit İttifaqı", "Compass Kredit İttifaqı", "F.A.S. Kredit İttifaqı", "Həkəri Kredit İttifaqı", "Kredo-İnvest Kredit İttifaqı", "Real Kredit İttifaqı", "Tərəkəmə Kredit İttifaqı", "Tural Kredit İttifaqı" və "Yardımlı Kredit İttifaqı"nın fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Palatadan verilən məlumata görə, lisenziyaların ləğv edilməsinə səbəb sözügedən kredit ittifaqları tərəfindən hesabatlıq qaydalarına riayət olunmaması, habelə bu təşkilatlar üzrə 2015-ci il üçün kənar auditin aparılmaması faktları olub.
Palata "Kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları"nın 4.4.4-cü və Palatanın Nizamnaməsinin 5.3.20-ci yarımbəndlərini rəhbər tutaraq sözügedən kredit ittifaqlarının fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.
Qeyd edək, Palata fəaliyyətə başladığı dövrdən etibarən bank sektorunda aktiv siyasət və tənzimləmə tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, bank olmayan kredit təşkilatlarının fəaliyyətinə də xüsusi nəzarət rejimi tətbiq etməyə davam edir. Belə ki, kredit təşkilatları tərəfindən prudensial normativlərə və mövcud qanunvericiliyin tələblərinə riayət olunmaması hallarına qarşı adekvat tədbirlər görülür.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“





























.jpg)

.jpg)






















