Bu səhər saatlarında Sumqayıtda, Karbamid zavodunun ərazisində əmək haqqlarının gecikməsinə görə etiraz edən işçilər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) işçiləri deyil. Həmin işçilər Cənubi Koreyanın "Samsung Engineering Co. Ltd." şirkətinin podratçılarından birinin işçiləridir.
Bu barədə "Report"a SOCAR-dan bildirilib.
Bildirilib ki, SOCAR öz öhdəliklərini çoxdan yerinə yetirib: "Bizə bildirilib ki, artıq işçilərin noyabr ayı və dekabr ayı üçün əmək haqqları tam ödənilib".
Qeyd edək ki, etiraz edən işçilər "Atilla" şirkətinin əməkdaşlarıdır. Hadisəyə yaxın şəxsin bildirdiyinə görə, dünən işçilərə noyabr və dekabr ayı üçün əmək haqqının bu gün saat 11-dən başlayaraq veriləcəyi bildirilib. Lakin işçilər bu saatı gözləmədən saat 8-də etiraz etməyə başlayıblar. Artıq əmək haqqları işçilərə söz verilən saatda verilib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“





























.jpg)

.jpg)






















