Bir gün üç gənc şair Azərbaycan Yazıçılar Birliyinə daxil olmaq məsələsi ilə bağlı sədrin - Səməd Vurğunun kabinetinin ağzına toplaşır, amma içəri keçməyə tərəddüd edirlər. Bu vaxt Səməd Vurğun siqaret çəkmək üçün özü çölə çıxır və onlardan kibrit istəyir.
Kult.az xəbər verir ki, bu sözləri tənqidçi Əsəd Cahangir qeyd edib. O, Səməd Vurğunla bağlı maraqlı bir xatirəni bölüşüb:
"Gənclərdən biri əli əsə-əsə şairin siqaretini yandırır, amma böyük şairlə ilk ünsiyyətdən o qədər həyəcanlanır ki, çaşıb yanan kibrit çöpünü təkrar kibrit qutusuna qoyur. Kibrit qutusu gənc şairin əlindəcə partlayır. Səməd Vurğun gülümsəyərək "Ayə, nağayrersən, a qıvlasız, hələ İttifaqa daxil olmamışmı buruyu yandırmaq istiyersən" deyib pərtliyi aradan qaldırır.
O gənc şairlərin hər üçü - Bəxtiyar Vahabzadə, Qabil və Nəbi Xəzri sonralar şeirimizin məşhur isimlərinə çevrildilər. Əfsanəvi şairin siqaretini yandırmaq xoşbəxtliyi onlar arasında Qabilə qismət olmuşdu".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır














.jpg)

.jpg)






































