Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker sentyabrın 12-də Avropa Parlamentinə müraciətində mövsümlə bağlı saatların irəli-geri çəkilməsi praktikasından imtina olunması barədə təklif irəli sürüb.
Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
"Saatların çəkilməsi praktikası ləğv edilməlidir. Avropa İttifaqına üzv ölkələr vətəndaşların yay və ya qış vaxtı ilə yaşamasına özləri qərar verməlidir. Mən Avropa Parlamenti və Avropa İttifaqı Şurasının bu fikirlə razılaşacağını və daxili bazarımız üçün həll yolu tapacağını gözləyirəm", - Jan-Klod Yunker belə deyib.
"Biz saatların mövsümlə bağlı çəkilməsini dayandırmağı təklif edirik. Bu, vətəndaşlara qazanc əldə etməyə imkan yaradacaq", - deyə nəqliyyat üzrə Avropa komissarı Violeta Bults bu məsələ ilə bağlı fikrini bildirib.
Bu ilin avqustunda Avropa Komissiyası yay və qış vaxtlarına keçid məsələsi ilə əlaqədar təşkil olunan online-səsvermə barədə ilkin məlumatları dərc edib. Səsvermənin nəticələrinə əsasən, avropalıların 84 faizi saatların çəkilməsinin əleyhinə çıxıb. İyul ayının 4-dən avqustun 16-dək davam edən səsvermədə 4,6 milyon insan iştirak edib. AzərTac
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































