Türkiyə sahillərində gəzmək üçün 600 milyon dollar dəyərindəki yaxtası ilə Marmarisə gələn Rusiyanın özbəkəsili ən zəngin üçüncü adamı sayılan Əlişir Usmanov yaxtasına 400 min litr yanacaq alaraq, 2.6 milyon türk lirəsi ödəniş edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, "Dilbər" adlı 157 metrlik yaxtanı "Asmira Petrol" şirkəti yanacaqla təmin edib. "Dilbər" bununla 2018-ci ildə Türkiyəni ziyarət edib, yanacaq xidmətindən istifadə edən ən böyük yaxta olub.
16 yanacaq tankeri (quru) vasitəsilə yanacaq ehtiyacı ödənilən "Dilbər" proses başa çatdıqdan sonra öz marşrutu üzrə hərəkətinə davam edib.
Xatırladaq ki, "Forbes"ə görə Əlişir Usmanov Rusiyanın 3-cü, dünyanın isə 71-ci ən zəngin insanıdır
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































