"Azərbaycan" kinoteatrında keçirilən tədbirdə Rusiya, Çin və Azərbaycan arasında memorandum imzalanıb.
Axar.az xəbər verir ki, memoranduma əsasən, üç ölkənin nümayəndələri müştərək olaraq rejissor Vaqif Mustafayevin ssenarisi əsasında film çəkəcək. Məsələ ilə bağlı danışan Vaqif Mustafayev filmin "Kambey" adlandığını deyib, lakin təfərrüatları barədə məlumat verməyib.
Vaqif Mustafayev eyni zamanda Çin-Azərbaycan əlaqələrindəki xidmətlərinə görə də mükafatlandırılıb. O, həmçinin Hon-Konq televiziyasının mədəniyyət və kino üzrə müşaviri təyin edilib.
Tədbir zamanı rejissor Vaqif Mustafayevə Avrasiya mədəniyyətinin inkişafına verdiyi müstəsna xidmətlərinə görə Beynəlxalq Ali Qızıl Orden təqdim edilib.
Qeyd edək ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq artisti Amaliya Pənahova, xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Orxan Fikrətoğlu, əcnəbi qonaqlar və başqa tanınmışlar iştirak ediblər.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“




























.jpg)

.jpg)























