Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir Abdullayev Azərbaycan Milli Konservatoriyasındakı işindən uzaqlaşdırılmışdı.
Axşam.az-ın məlumatına görə, xanəndə iki gün əvvəl yenidən müəllimlik fəaliyətinə qayıdıb.
C.Abdullayev əməkdaşımızla söhbətində xəbəri təsdiqləyib. O bildirib ki, bu gündən işə başlayır: "Dərslərdə bölgülər var idi, burada çətinlik yaranmışdı və işimdən uzaqlaşdırılmışdım. Sonra bu problem aradan qaldırılıb, dərslər normal qaydada bölünüb. Sağ olsunlar, yenidən işimə qaytardılar. Arada anlaşılmazlıq olmuşdu. İndi hər şey yolundadır, əvvəlki kimi işimdəyəm. Həftənin cümə günü geri qaytarılmağımdan xəbərim oldu. Bu gündən işimə başlayıram.
Media da bu hadisədə yanımda oldu. Çox sağ olsunlar ki, məni diqqətdə saxladılar. Hamı mediadan şikayətlənir, amma mən onlardan dəstək gördüm. Ölkənin sənət adamlarına qarşı çox diqqətlidirlər".
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































