Bu gün "CBC Sport" kanalının baş direktoru Volkan Üstünün toyudur. Lent.az-ın Qol.az-a istinadən məlumatına görə, Volkan Üst keçmiş xanımı, türkiyəli aparıcı Özge Uzunla rəsmi nikaha girəcək. Nikah mərasimi Türkiyənin Azərbaycandakı səfirliyində keçiriləcək. Bundan sonra elə səfirliyin həyətində, açıq havada ziyafət təşkil ediləcək.
Qeyd edək ki, Türkiyə vətəndaşları olan Volkan Üst və Özge Uzun 10 il evli olublar və sonra ayrılıblar. Qısa müddət sonra isə onlar yenidən birlikdə olmaq qərarına gəliblər. Volkat Üst ikinci evlilik təklifini Özge Uzuna Türkiyə kanallarında birinin canlı efirində qonaq olarkən edib və müsbət cavab alıb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































