Lütfi Zadənin nəşi növbəti həftəsonu Azərbaycana gətiriləcək.
Bu barədə Publika.az-a açıqlamasında Lütfi Zadə ailəsinin dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova deyib.
Onun sözlərinə görə, növbəti həftənin çərşənbə axşamı morqdan mənə nəşin göndərilməsi ilə bağlı dəqiq məlumat veriləcək: "Təqribən gələn həftənin cümə və ya şənbə günü Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi gözlənilir. Nəşin gətirilməsindəki gecikmənin səbəbi beynəlxalq standartlara cavab verən soyuducu tərkibli qutu hazırlanması ilə bağlıdır. Öncədən yerli qutu seçilmişdi. Sonradan uzaq məsafəyə dözümlü soyuducu tərkibli qutunun olmasının vacibliyi bildirildi. Oğlu həmin qutunu sifariş etdi. Artıq həmin qutu hazırdır və həftənin bazar ertəsi morqa çatmalıdır. Morqa çatan günün səhəri göndəriş işləri həll ediləcək".
Ş.Şahbazova artıq morqdan məlumat daxil olan kimi, Azərbaycanın Los Ancelesdə yerləşən konsulluğu və Azərbaycan hökumətinə bu barədə rəsmi məlumat verəcəyini bildirdi: "Bundan sonra tədbirləri artıq aidiyyəti qurumlar icra edəcək"
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






























.jpg)

.jpg)





















