Azərbaycanın Xalq artisti Fuad Poladov xərçəng xəstəliyinə tutulub.
APA TV-nin məlumatına görə, tanınmış aktyor hazırda Milli Onkologiya Mərkəzində müalicə olunur.
Səhhətində ciddi problemlər olan Fuad Poladov bu səbəbdən Səməd Vurğun adına Rus Dram Teatrının yeni mövsümünün açılışında iştirak edə bilməyib. Teatr yeni mövsümü Ejen İoneskonun "Mərasim" pyesi əsasında hazırlanmış tamaşa ilə açıb. Fuad Poladov həmin gün açılışa gəlməli olsa da, həkim icazə verməyib. Xalq artistinin qırtlaq xərçəngindən əziyyət çəkdiyi bildirilir. Fuad Poladov artıq bir müddətdir ki, danışa bilmir.
Fuad Poladov ağır xəstəliyi səbəbilə yanvar ayından səhnəyə çıxmır. Onun durumunun hansı ağırlıqda olduğu bəlli deyil. Xalq artistinin ciddi müalicəyə ehtiyacı olduğu bildirilir, bu müalicə üçün isə külli miqdarda vəsait tələb olunur.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






























.jpg)

.jpg)





















