Gürcüstan Azərbaycanla birgə turizm planlarını dəstəkləyir

Gürcüstan Azərbaycanla birgə turizm planlarını dəstəkləyir

Gürcüstan hökuməti Azərbaycanla birgə turizm məhsullarının yaradılması istiqamətində bütün təşəbbüsləri dəstəkləməkdə davam edəcək.

Bunu Apa-nın Gürcüstan müxbirinin sualına cavabında Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze deyib. O bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq edir: "Əməkdaşlıq nəticəsində biz birgə kombinə edilmiş turlar hazırlayırıq ki, bu turlar müxtəlif ölkələrdən olan turistlərə bir səfər çərçivəsində iki ölkəyə səfər etməyi təklif edir. Bu istiqamətdə biz azərbaycanlı həmkarlarımızla olduqca fəal əməkdaşlıq edirik".

G. Çoqovadzenin sözlərinə görə, kombinə edilmiş turlar artıq həyata keçirilir: "Özəl sektor xarici turistlərə bu cür turlar təklif edirlər. Gürcüstan hökuməti Azərbaycanla bu cür birgə turizm məhsullarının reallaşdırılmasını gələcəkdə də dəstəkləməyə hazırdır".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az