Mediainfo.az xəbər verir ki, Akademik Milli Dram Teatrının kollektivi beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Monotamaşalar Festivalı avqustun 2-dən 8-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək. Festivalda rejissor Anar Babalının Əməkdar artist Ayşad Məmmədovun "İuda" monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi təmsil edəcək "İuda" səhnə əsəri avqustun 7-də tamaşaçılara təqdim ediləcək. Mono tamaşada Əməkdar artist Ayşad Məmmədov özü çıxış edəcək. Tamaşanın rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Firuzə Balayevadır. Qeyd edək ki, Monotamaşalar Festivalı Bolqarıstanda ənənəvi olaraq
keçirilir. Festivala Rusiya, Ukrayna, İsveçrə, Gürcüstan, Kanada və digər ölkələrin təmsilçiləri də qatılacaq.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






























.jpg)

.jpg)





















