Mediainfo.az xəbər verir ki, iyulun 22-dən 28-dək Özbəkistan və Azərbaycan kinematoqrafiyasında gözlənilən mədəni dostluq əlaqələri baş tutub. Belə ki, Qazaxıstan Respublikasının paytaxtı Astanada Orta Asyanın ən böyük forumu - "Avrasiya" XIII beynəlxalq kinofestivalı keçirilib.
"Avrasiya" beynəlxalq kinofestivalı tarixində ilk dəfə keçirilən "Eurasia Film Market" kinobazarında MDB, Şərq (Çin, Hindistan, Cənubi Koreya) və Qərb (Avropa dövlətləri və ABŞ) ölkələrindən gələn müştərilər, distribyuterlər, satqı işlərinə baxan agentlər və film müəllifləri iştirak edib. İştirak zamanı kinolayihə müzakirələri, mətbuat konfransları, master klasslar təşkil olunub. Bu festivalda Asiya və Avropa ölkələri, xüsusən Azərbaycan, Özbəkistan, Gürcüstan, Qırğızıstan və başqa ölkə vəkilləri də iştirak edib. Özbəkistan və Azərbaycan vəkilləri arasında geniş müzakirələr keçirilib. Özbəkistan kinematoqrafiyasını inkişaf etdirmə mərkəzinin direktoru Aybək Əbduşukurov Azərbaycan kinematoqrafiya vəkilləri ilə söhbət zamanı hər iki ölkə arasında əməkdaşlıq, mədəni dostluq əlaqələrini gücləndirmək, bu dostluğu tərənnüm edən filmlər çəkmək, həm də tək icarə qaynağını təşkil etmək mövzusunda danışıb. Həmin festivalda Özbəkistan və Azərbaycan dostluğunu əks etdirən "Görüş" filmindən də bəhs edilib və bu kimi filmlərdən yenə də çəkməyin vacibliyini vurğulanıb.
Astanada keçirilən anlaşmada iştirak edən azərbaycanlı kino vəkillərinin Özbəkistana təşrifi gözlənilir. Təşrifin əsas məqsədi festivalda imzalanan anlaşmaları, dəqiq tədbir layihələrini həyata keçirməkdir. Çəkiləcək filmlər MDB dövlətlərinin ekranlarında təqdim olunacaq.
Mahfuza Artikova (Özbəkistan)
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































