"Beynəlxalq Ordu Oyunları - 2017" yarışları çərçivəsində keçirilən "Səhra mətbəxi" müsabiqəsində iştirak edən Azərbaycanın hərbi aşpazlarının hazırladıqları təamlar qonaqlara təqdim edilib.
Azərbaycan Müdafiə Nazirliyindən KİV-ə verilən məlumata görə, Azərbaycan, Rusiya, Belarus, Serbiya, Monqolustan və İsrailin hərbi aşpazları yarışların iştirakçıları və qonaqlar üçün milli mətbəxlərinə aid 150-dən çox yeməklər hazırlayıblar.
Müsabiqəni izləyən çoxsaylı qonaqlar hərbçi aşpazlarımızın hazırladıqları xörəklər və şirniyyatların dadına baxıblar.
Müsabiqə çərçivəsində Azərbaycanın milli mədəniyyətini əks etdirən sənət nümunələri və musiqi alətləri də nümayiş etdirilib.
Mediainfo.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































