Mediainfo.az xəbər verir ki, "Park Bulvar" ticarət və əyləncə mərkəzində yerləşən Park Cinema kinoteatrında ilk yeni nəsil lazer kinoproyektoru quraşdırılıb. Bu haqda kinoteatrlar şəbəkəsinin Marketinq üzrə Direktoru Musa Axundov xəbər verib.
Adi proyektordan fərqli olaraq, yeni nəsil lazerli proyektor dolğunluq yaradır və kontrastlığı artırır, beləcə izləyiciyə böyük ekranda maksimal dərəcədə daha aydın görüntü izləməyə imkan yaradır. Proyektorun kontrastlığı artırması filmin görüntüsünə qərq olmağa imkan yaradır, eyni zamanda çox parlaq və çox tünd rəngləri və hamar rəng keçidlərini əks etdirir. Onu da qeyd etmək lazımdır ki, lazerli proyektorla film izləryən zaman görüntünün işıldaması halı baş vermir. İşığın ekranda bərabar şəkildə paylanılması nəticəsində, insan gözü əks olunmuş görüntünü bütün bir vəhdət olaraq qavrayır.
"Azərbaycanda ilk yeni nəsil lazer proyektorunun Park Cinema-da quraşdırıldığına görə çox şadıq – bu, kinomanlar üçün əsl hədiyyədir. Sözügedən proyektorun əsas üstünkləri arasında görüntü dəqiqliyi, yüksək səviyyədə kontrastlıq və rənglərin yüksək keyfiyyətdə ötürülməsi kimi xüsusiyyətləri qeyd etmək lazımdır. Əminik ki, izləyicilər bu cür görüntünün bəxş etdiyi fərqi elə ilk dəfədən hiss edəcəklər", deyə Musa Axundov bildirmişdir.
Qeyd edək ki, Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı "ASAN Həyat"-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.
Hazırladı: Könül AYPARA
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































