Azərbaycan Dövlət Musiqili Teatrının daha bir aktyoru İran İslam Respublikasında filmə çəkilmək üçün dəvət edilib.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Mediainfo.az-a bildirib ki, aktyor Elxan İsmayılov artıq çəkilişlərinə start verilən bədii filmdə əsas rollardan birini - Komandir obrazını canlandıracaq. Film İran İslam Respublikasının tanınmış "Günəşfilm" Studiyası tərəfindən istehsal olunur. Şərti adı "Sərhəd" olan ("Arpa çayı – ayrılıq nəğməsi") tammmetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi İranın ünlü sənətçilərindən biri olan Ali Abdalidir.
Qeyd edək ki, filmdə daha bir baş rolu – Aydın obrazını Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru, tamaşaçıların Xalq yazıçısı Elçinin məşhur heakyələri əsasında hazırlanan "Baladadaşın toy hamamı" iki hissəli musiqili lirik komediyasından baş rolun ifaçısı kimi yaxşı tanıdığı, 2017-ci ildə Gənclər və İdman Nazirliyinin "İlin aktyoru" mükafatına layiq görülən Əmrah Dadaşov ifa edir.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






























.jpg)

.jpg)





















