Mediainfo.az xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrının 107-ci mövsümü yekunlaşmaq üzrədir. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, mövsümün başa çatması ilə əlaqədar Musiqili Teatrda mükafatlandırma mərasimi olacaq. Artıq bir neçə ildir ki, kollektivdə yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşlar mövsümün sonunda mükafatlandırılır.
Tədbirdə "Mövsümün aktrisası", "Mövsümün aktyoru", "Mövsümün perspektivli aktyoru", "Mövsümün perspektivli aktrisası", "Mövsümün sevilən aktrisası", "Mövsümün ən məhsuldar aktyoru", "Bərpa tamaşasında uğurlu rola görə", "Mövsümün ən işgüzar əməkdaşı", "Mövsümün debütü - aktrisa", "Mövsümün debütü - aktyor", "Mövsümün ən yaxşı balet artisti", "Mövsümün ən yaxşı xor artisti", "Mövsümün ən yaxşı musiqiçisi", "Mövsümün ən yaxşı texniki işçisi" nominasiyaları üzrə qaliblər bəlli olacaq. Mərasimdə həmçinin "Mövsümün ən yaxşı tamaşası" elan olunacaq.
Qaliblərə xüsusi prizlər və mükafatlar veriləcək.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















