Akademik Milli Dram Teatrının kiçik səhnəsində Mədəniyyət və İncəsənət Universitetinin magistri, Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızının quruluş verdiyi və rol aldığı "İnsan səsi" tamaşası nümayiş olunub.
Teatrın mətbuat katibi Cavid Zeynallının verdiyi məlumata görə, fransız yazıçısı və kinorejissoru Jan Koktonun müəllifi olduğu monopyes əsasında ərsəyə gələn səhnə işinin rejissoru Fidan Cəfərova, bəstəkarı Rino Rhodes, səhnə tərtibatçısı Qabil Gözəlovdur. Tamaşanın elmi rəhbəri professor İlham Rəhimli, yaradıcılıq işləri
üzrə rəhbəri əməkdar artist Fərhad İsrafilovdur. Səhnə əsəri tənha qadının faciəsi üzərində qurulub. Beş illik
sevgilisindən ayrılan qadın həsrətlə onu həyata bağlayan zəngi gözləyir. Qadının gözlədiyi zəng nəhayət gəlir və o, çətin də olsa sevgilisi ilə vidalaşır. Müəllif əsərdə atılmış qadının sonsuz iztirablarını, uğursuz sevginin
gətirdiyi intiharı təsvir edir. Şəhla Əliqızının yozumunda canına qıymış qadının narahat ruhunun iki dünya arasındakı çaşqınlığı əks olunub.
Hazırladı: Könül AYPARA
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















