"Nağıl qəhrəmanlarının festivalı” başlayır

"Nağıl qəhrəmanlarının festivalı” başlayır

Bildiyimiz kimi, 9 iyun Beynəlxalq Dostlar Günüdür. Bu tarix dünyada qeyri-rəsmi bayram kimi qeyd olunur. Onun tarixi məlum olmasa da həmin gündə dostlar dostları xatırlayır, bir araya gəlib xoş zaman keçirirlər.
Mediainfo.az xəbər verir ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə Park Bulvar AVM də bu günü 3 günlük festivalla qeyd edəcək.
Belə ki, məhz həmin günlərdə balaca dostlarımız üçün əsl möcüzə baş verəcək, nağıl qəhrəmanları yürüşə çıxaraq ətrafdakıları "Nağıl qəhrəmanlarının festivalı"na dəvət edəcək.
İlk dəfə reallaşacaq yürüş Azərbaycan Dövlət Kukla Teatrından başlayıb Dənizkənarı Bulvar ərazisindən keçməklə Park Bulvar AVM-də bitəcək.
Festivalın açılışı 9 iyun (saat 16.00) tarixində baş tutacaq. Azərbaycan Dövlət Kukla Teatrının daimi sakinlər olan müxtəlif nağıl qəhrəmanları musiqi sədaları altında dostluq çağırışları edəcəklər.
3 gün ərzində (9, 10, 11 iyun) uşaqlar üçün nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı tədbirlər reallaşacaq, tamaşalar, konsert proqramları, müxtəlif yarışmalar keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.
Yeməklərimizə möcüzə qatan "Möcüzə" yağının dəstəyi ilə reallaşacaq rəngarəng festival çərçivəsində Dövlət Kukla Teatrının uğurlu səhnə nümunələrindən olan "Qoğal" tamaşası da nümayiş olunacaq.
İyunun 10-da Dövlət Kukla Teatrı nəzdində "Oyuq" teatr-studiyasının balaca istedadlarının təqdimatında səhnəciklər və rəngarəng konsert proqramı təqdim ediləcək.
Festivalın son günü "Oyuq"çular modelyer Könül Vəlibəylinin xüsusi olaraq festival üçün hazırladığı Azərbaycanda yaşayan milli azlıqların geyimlərindən ibarət kolleksiyasını da nümayiş etdirəcəklər.

Hazırladı: Könül AYPARA

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az