“Dədə Qorqud” Milli Fondunun növbəti layihəsi

“Dədə Qorqud” Milli Fondunun növbəti layihəsi

Dövlətimizin tərəqqisini, qüdrət və nüfuzunu, tolerantlığını, dünyəvi prinsipləri, insani və humanizm ideyalarının təbliğini özündə ehtiva edən "Dədə Qorqud" Milli Fondu və "Azərbaycan dünyası" Beynəlxalq jurnalı yarandığı gündən bu günə kimi dövlət və dövlətçiliyimizə xidmət edərək milli-mənəvi dəyərlərimizi, mədəni irsimizi, vətənpərvərliyi və digər sahələri özündə ehtiva edən çoxlu sayda uğurlu sosial layihələrə imza atmışdır. Ulu öndər H. Əliyevin ideyalarına sədaqətlə xidmət edərək daim ictimai fəaliyyəti ilə seçilən fondun və jurnalın rəhbəri Eldar İsmayılov rəhbərlik etdiyi fondun və jurnalın xətti ilə nəinki Azərbaycanda, respublikamızın hüdudlarından çox-çox uzaqlarda, bir çox xarici ölkələrdə yaşayan, vətənpərvərliyi və ictimai fəaliyyəti ilə seçilən soydaşlarımızın da əməyini dəyərləndirərək, onları orden və medallarla, tərifnamələrlə mükafatlandırıb, həmin ölkələrin yerli ictimai nümayəndələrinin iştirakı ilə böyük tədbirlər həyata keçirmişdir. Eyni zamanda adı çəkilən fond və jurnal siyasi karyerada, dövlətimizə sədaqətlə xidmətlərində, ictimai fəaliyyətində, incəsənət və mədəniyyət sahəsində göstərdikləri xidmətlərinə, hərb, tibb, elm və digər sahələrdə uğur qazanaraq cəmiyyətimizə nümunəvi olan insanları daim diqqət mərkəzində saxlayıb, onların fəaliyyətini geniş formada işıqlandırıb cəmiyyətə çatdırmaqla bağlı öz missiyasını layiqnicə yerinə yetirir və bu missiyanı uğurla davam etdirməkdədir.

"Dədə Qorqud" Milli Fondu və "Azərbaycan dünyası" Beynəlxalq jurnalının Növbəti tədbirlərindən biri 31 may 2017-ci il tarixində Yasamal rayonu Zahid Xəlilov küçəsi 151 ünvanında keçirildi. Fondun bu dəfəki mükafatlandırma mərasimində Sumqayıt şəhərini təmsil edən Sumqayıt Şəhəri İnteqrasiya Təlimli İnternat tipli gimnaziyanın direktoru, əməkdar müəllim Kərimova Ayət xanım və Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin koordinatoru, Sumqayıt şəhər bölməsinin sədri Məhərrəmova Mətanət xanım və eyni zamanda başqa sahələrdə çalışan bir neçə xanımlar da mükafata layiq görüldülər. Vətənpərvərliklərinə, misilsiz əməklərinə və öz peşələrinə sədaqətlə xidmətlərinə görə Sumqayıt Şəhəri İnteqrasiya Təlimli İnternat tipli gimnaziyanın direktoru, əməkdar müəllim Kərimova Ayət xanım "Dədə Qorqud" Milli Fondu və "Azərbaycan dünyası" Beynəlxalq jurnalının təsis etdiyi "Qızıl ürək", Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin koordinatoru, Sumqayıt şəhər bölməsinin sədri Məhərrəmova Mətanət xanım isə "Mehriban ana" ordeni ilə təltif olundular.

Eyni zamanda Bakı şəhər sakini həkim, ədliyyə mayoru Mətanət Mustafayevə, "Lider" televiziyasının tanınmış aparıcısı Lamiyə Ələkbərova və bir neçə digər şəxslər də fondun təsis etdiyi "Mehriban ana" ordeni ilə təltif olunaraq mükafatlandırıldılar.

İsa Rəvan

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az