Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsrailin Azərbaycandakı səfiri Dan Stavı qəbul edib.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycanla İsrail arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
İyunun 7-də İsrail səfirliyinin təşkilatçılığı və nazirliyin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin 25-ci ildönümünə həsr olunmuş tədbirin proqramı nəzərdən keçirilib.
Səfir Dan Stav İsrail tərəfinin hər il ölkəmizdə təşkil olunan Bakı Beynəlxalq Caz Festivalında daha aktiv iştirak etmək niyyətində olduğunu bildirib.
Nazir Əbülfəs Qarayev ölkəmizdə turizm imkanlarının genişləndirildiyini və müvafiq infrastrukturun yaradıldığını, həmçinin iki ölkə arasında birbaşa aviareyslərin mövcudluğunu nəzərə alaraq, Azərbaycanın İsraildən gələn turistlər üçün daha cəlbedici olacağına və bu istiqamətdə turist axınının artacağına inamını ifadə edib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















