Azərbaycan Dövlət Musiqili Teatrı Lənkəranda qastrol səfərində olub.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Mediainfo.az-a bildirib ki, yaradıcı kollektiv şəhər Mədəniyyət Mərkəzinin səhnəsində Süleyman Ələsgərov və İsi Məlikzadənin "Hərənin öz ulduzu" iki hissəli musiqili komediyasını nümayiş etdirib. Anşlaqla keçən tamaşa böyük coşqu və marağa səbəb olub, lənkəranlı sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb. Səhnə əsərini yerli sakinlərlə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayon təşkilatlarının rəhbərləri də izləyiblər.
Tamaşadan sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yaradıcı kollektivlə görüşüb. "İnanıram ki, sizin bu uğurlu çıxışınız uzun müddət lənkəranlıların xatirəsindən silinməyəcək. Bizlərə bu xoş, unudulmaz anları yaşatdığınıza görə teatrınızın direktoru Əliqismət Lalayev başda olmaqla bütün kollektivinizə təşəkkürümü bildirmək istəyirəm", - deyə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov söyləyib.
Qeyd edək ki, tamaşada rolları Azərbaycan Respublikasının Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Novruz Qartal, aktyorlar Nadir Xasıyev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa ediblər.
Şəlalə Nəriman
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















