Havalar düzəlib, filmlər də artıq hazırdır, əhavlımız isə yüksəkdirsə, deməli sabah artıq yay mövsümünə start veririr!
Mediainfo.az xəbər verir ki, hər yay "Park Cinema" Amburan Beach Club –da açıq səma altında yerləşən kinoteatrını ziyarətçilərin istifadəsinə verir. İyun ayının 3-dən etibarən kinosevərlər burada filmlərdən və məhz onlar üçün yaradılmış komfortlu şəraitdən zövq ala bilərlər.
Kinoteatrın repertuarına isə yeni xarici filimlərlə yanaşı yerli filimlər də əlavə oluncaq, gələn həftə boyunca isə məhz bu filmlər nümayiş etdiriləcək :"Ecazkar qadın", "Malubi xilaskarları" və Azərbaycanın ilk uşaq komediyası "Samedik".
"Kinoteatr yay mövsümünün sonuna kimi fəaliyyət göstərəcək, seanslar isə 20:00-dan etibarən başlayacaq. Hər birinizi kinoteatrımızda görməkdən şad olarıq və sevimli izləyicilərimizi yay fəslini bizimlə birgə Amburanda keçirməyə dəvət edirik " kinoteatrın Marketinq üzrə Direktoru Musa Axundov bildirmişdir.
03-07 iyun tarixlərinə olan SEANSLARIN CƏDVƏLİ :
Samedik 20:10
Ecazkar qadın 21:10
Malibu xilaskarları 00:00
Biletləri onlayn və ya kinoteatrın Amburan Beach Club-da yerləşən kassalarından əldə edə bilərsiniz.
Qeyd edək ki, Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı "ASAN Həyat"-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.
Hazırladı: Könül AYPARA
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















