Mediainfo.az xəbər verir ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə daha bir beynəlxalq festivala yola düşür. Belə ki, teatrın direktoru Rəşad Əhmədzadənin rəhbərlik etdiyi heyət 6-10 iyun tarixlərində Qazaxıstan Respublikasında keçiriləcək "Orteke" V Beynəlxalq Kukla Teatrları Festivalında ölkəmizi təmsil edəcək.
Səfər "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramında öz əksini tapan Azərbaycan teatr sənətinin inkişafı, dünya miqyasında layiqincə təmsil və təbliğ edilməsi məqsədilə reallaşacaq.
Kollektiv TÜRKSOY tərəfindən 2017-ci il üzrə türk dünyasının mədəniyyət paytaxtı elan olunan Türküstan və Şimkənd şəhərlərini əhatə edəcək teatr bayramında "Zəng" adlı mono-tamaşa ilə təmsil olunacaq.
Qeyd edək ki, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.
Məlumat üçün deyək ki, iki ildən bir keçirilən festivalın təşkilində məqsəd müasir teatr meyllərinin öyrənilməsi və kukla sənətinin ayrı-ayrı qollarının təbliğ olunmasıdır.
Hazırladı: Könül AYPARA
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















