Mediainfo.az xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrı respublikamızın bölgələrinə və xarici ölkələrə səfərə hazırlaşır. Teatrın ölkəmizin dilbər guşələri ilə yanaşı, qardaş Türkiyə Cümhuriyyətinə Beynəlxalq "Dədə Qorqud" festivalına, Azərbaycan Mədəniyyət Günləri çərçivəsində isə İran İslam Respublikasına qastrol səfərləri planlaşdırılır.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Mediainfo.az-a bildirib ki, bu silsilədən ilk tədbir 31 may tarixində Azərbaycanın cənub mirvarisi Lənkəran şəhərində baş tutacaq. Musiqili Teatrın kollektivi lənkəranlı tamaşaçılar qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin "Hərənin öz ulduzu" iki hissəli musiqili komediyası ilə çıxış edəcək.
Qeyd edək ki, tamaşada rolları Azərbaycan Respublikasının Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Novruz Qartal, aktyorlar Nadir Xasıyev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa edirlər.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















