Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, şair Almas İldırımın anadan olmasının 110 illiyi qeyd olunacaq.
Mədəniyyət və Turizm Nazirliyindənverilən məlumata görə, bu münasibətlə mayın 31-də Beynəlxalq Muğam Mərkəzində təntənəli yubiley tədbiri keçiriləcək.
Tədbirdə şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək. Tədbir çərçivəsində qonaqlara konsert proqramı təqdim olunacaq.
Azərbaycan mühacirət poeziyasının görkəmli simalarından biri, adı və əsərləri qəm, həsrət və ayrılıq simvolu kimi yad olunan Almas İldırım özünəməхsus, poetik tərzi ilə hər zaman diqqəti çəkib. 6 il sürgün və qaçaq həyatı yaşayan Almas İldırım Dağıstandan, Türkmənistandan, İrandan keçərək Türkiyədə məskunlaşıb və ömrünün sonuna qədər burada yaşayıb, yaradıb.
Şairin bir çox şeirləri, o cümlədən vətən həsrəti, yurd sevgisindən bəhs edən "Əsir Azərbaycanım" şeiri dillər əzbərinə çevrilib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















