Mediainfo.az xəbər verir ki, mütəmadi maraqlı layihələrlə balaca teatrsevərləri sevindirən, hazırladığı tamaşalarla onların tamaşaçı zövqünü formalaşdırmağa çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir maraqlı layihə reallaşacaq.
Belə ki, 28 May - Respublika Günü münasibətilə teatr Dənizkənarı Bulvar İdarəsi ilə birlikdə bulvar ərazisində açıq hava konserti reallaşdıracaq.
Teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının həvəskar aktyorları tədbirə dəvət olunacaq valideyn himayəsindən məhrum olmuş uçaqlar, eləcə də şəhər sakinləri qarşısında öz istedadlarını nümayiş etdirəcəklər.
28 may saat 18.00-da (məkan: Bulvarın Dövlət Kukla Teatrının yaxınlığındakı ərazisi) başlanacaq konsertdə studiyanın fəalları kiçik səhnəciklər nümayiş etdirəcək, repertuarlarında yer alan vətənpərvərlik mövzulu mahnılarını ifa edəcəklər.
Tədbirin təşkilindıə məqsəd balacalara bu günün önəmini aşılamaq və müstəqil dövlətimizin yetişən nəsillərə diqqət və qayğısını nümayiş etdirməkdir.
Teatrı-studiyanın balaca izləyicilərinə bayram sovqatı bununla da kifayətlənmir. Belə ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə teatrda tamaşa-konsert təqdim olunacaq. "Oyuq"çular əvvəlcə repertuarlarında yer alan maraqlı səhnə işlərindən olan "Şahın xudpəsənd oğlu" tamaşasını nümayiş etdirəcək və ardında musiqi çələngini təqdim edəcəklər.
Qeyd edək ki, hər iki tədbir xeyriyyə məqsədilə təşkil olunur və balacaların iştirakı sərbəstdir.
Könül AYPARA
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















