Mediainfo.az xəbər verir ki, cari ilin 16-18 may tarixində Portuqaliyanın Kaldaş de Rainya şəhərində keçirilən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) Baş Assambleyasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin marketinq sektorunun aparıcı məsləhətçisi-Assosiasiya üzrə layihə koordinatoru Günel Aslanova iştirak edir.
Açılış mərasimində Kaldaş de Rainya şəhərinin meri Sergio Azevedo üzv ölkələrdən gələn qonaqları salamlayaraq bildirmişdir ki, belə mötəbər tədbirin rəhbərlik etdiyi şəhərdə keçirilməsindən olduqca məmnundur. Daha sonra çıxış edən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti Guiseppe Bellandi Assambleyada müzakirə ediləcək məsələlərdən söz açaraq qeyd etmişdir ki, Assosiasiyanın üzvlərinin sayı artmaqdadır və Avropa sağlamlıq turizmi imkanlarının inkişafı və daha çox tanıdılması baxımından olduqca əhəmiyyətli layihələr həyata keçirilir.
Daha sonra Təşkilatın rəhbəri G. Bellandi Rusiyanın Kislovodsk, Braziliyanın Minos Gerais, Portuqaliyanın Algarve termal şəhərlərinin üzvlük üçün müraciət etdiyini bildirmiş və Assosiasiyanın ekspertlərinin qeyd olunan şəhərlərin termal turizm imkanları, eləcə də tarix-mədəniyyət abidələri ilə tanış olmaq məqsədilə səfərləri haqqında məlumat vermişdir.
Xatırladırıq ki, ötən ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Qalaaltı" regionu Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının "Termal Şəhərlər" beynəlxalq mədəni marşrutuna qoşulmuş və üzvlük çərçivəsində 2018-ci ilin may ayında Assosiasiyanın növbəti Baş Assambleyasının Qalaaltıda keçirilməsi qərara alınmışdır.
Məlumat üçün bildiririk ki, beynəlxalq tədbir öz işini 18 may 2017-ci il tarixinədək davam etdirəcək və Qalaaltıda keçiriləcək beynəlxalq tədbir mövzusu və gündəliyi haqqında ətraflı müzakirələr aparılacaq.
Könül AYPARA
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































