Mediainfo.az xəbər verir ki, Akademik Milli Dram Teatrının kiçik səhnəsində yazıçı Kamal Abdullanın "Bir, iki – bizimki!" tamaşası təqdim olunacaq. Teatrın mətbuat katibi
Cavid Zeynallının verdiyi məlumata görə, tamaşa mayın 19-da saat 15:00-da nümayiş olunacaq.
Səhnə əsərinin quruluşçu rejissoru Dövlət Mədəniyyət və İncəsənətUniversitetinin rejissorluq fakültəsinin magistrantı Banu Quliyeva,
yaradıcı iş rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədovadır. Tamaşada aktyorlar Vüsal Xalıqoğlu və Rada Nəsibova çıxış edəcəklər. Səhnə əsəri qadın və kişinin keçmişi, xatirələri üzərində qurulub. İki nəfərlik oyun onların əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir. Beş şəkildən ibarət əsəri Kamal Abdulla "bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı" şəklində təqdim edib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















