Mediainfo.az xəbər verir ki, mayın 3-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti, görkəmli pianoçu, professor, respublikanın ilk pianoçu-pedaqoqu Kövkəb Səfərəliyevanın 110 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutub.
Konsertdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bəstəkarlar İttifaqının katibi, professor, musiqişünas Zemfira Qafarova, Kövkəb Səfərəliyevanın qohumu Valid Səfərəliyev, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və tələbələr iştirak ediblər.
Zemfira Qafarova çıxışında görkəmli sənətkarın həyat və yaradıçılığı haqqında geniş məlumat verib. Bildirib ki, Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.
Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında T.Quliyev "Lirik mahnı", F.Əmirov "1001 gecə" baletindən "Mərcanənin rəqsi", M. Maqomayev "Azərbaycan", F.Nağıyev "Xatırlayasan məni", N.Baklanova "Mazurka", K.Sen-Sans "Qu quşu", P.Çaykovski "Payız mahnısı", R.Şuman "Romans", S.Raxmaninov "İtalyan polkası", F.Şopen "Polonez" kimi azərbaycan və avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Sonda Kövkəb Səfərəliyevanın qohumu Valid Səfərəliyev çıxış edərək, tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.
Mediainfo.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































